\"Araz Naxçıvan\"ın Əhmədov kabusu



Sabah Premyer Liqada 22-ci tura "Araz Naxçıvan" - "Neftçi" oyunu ilə yekun vurulucaq.
Qarşılaşmada əsas maraqlı məqam hakim təyinatı ilə bağlıdı. Belə ki, Rəşad Əhmədov bu mövsüm 4-cü dəfə "Araz Naxçıvan"ın çempionat matçında fit çalacaq.
Bu oyunlarda Naxçıvan təmsilçisi cəmi 1 xal toplaya bilib.
"Kəpəz"in 1:0 hesablı qalibiyyətilə bitən matç "Araz Naxçıvan"ın sürətli hücumlarının mümkün qədər qarşısının alınması, əksər xırda folların Gəncə təmsilçisinin xeyrinə verilməsi, uzun sözün qısası, birtərəfli hakimliklə yadda qalıb.
"Səbail"lə mücadilədə Rəşad Əhmədov birinci hissənin əsas vaxtında əlavə edilmiş dəqiqələrdə naxçıvanlıların qapısına olmayan penalti təyin edib. Pedro Nuno bu şansı qaçırmayıb və komandasına 1:0 hesablı qələbə qazandırıb. AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Əhmədovun bu epizodda səhv qərar verdiyini etiraf edib.
"Zirə" ilə qolsuz bərabərliklə bitən oyunun sonlarında yenə Əhmədov səhnəyə çıxıb. O, Stefan Akanın Orxan Əliyevə qarşı hərəkətini VAR-da incələdikdən sonra penaltini verməyib.
Yeri gəlmişkən, ötən tur keçirilmiş "Səbail" - "Qarabağ" qarşılaşmasında hakimlər analoji epizodu fərqli interpritasiya edib, hətta Maksim Medvedevə qırmızı vərəqə göstərməklə ağdamlıları oyunun 63-cü dəqiqəsindən azlıqda qoyub.
Maraqlı olan məqam Rəşad Əhmədovun bu çempionatda neçə xaldan məhrum etdiyi komandanın oyunlarına niyə belə tez-tez təyinat almasıdı?
22 turda 4-cü dəfə!
Çox deyil?!
Ritorik sualdı...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar