“Qarabağ” Braqada dəstəksiz qalmayacaq - FOTOLAR

Bu gün Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliyanın “Braqa” komandası ilə qarşılaşacaq “Qarabağ” çətin səfər oyununda dəstəksiz qalmayacaq.

Sports.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ"ı bu oyunda bir qrup azərbaycanlı azarkeş stadiondan dəstəkləyəcək.

Belə ki, Azərbaycandan, Avropadan, eləcə də dünyanın müxtəlif ölkələrindən “Qarabağ” fanatı olan həmyerlilərimiz bu tarixi oyunu canlı izləmək üçün Portuqaliyaya gəlib.

Bu gün Braqadakı "Munisipial de Braqa" stadionunda keçiriləcək "Braqa" - "Qarabağ" oyununa Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Bu komandalar arasında cavab matçı fevralın 22-də Bakıda olacaq.

Lalə Səid

Etopaz-ın dəstəyi ilə hazırlanıb

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar