“Sumqayıt” “Turan Tovuz”a, “Neftçi” “Zirə”yə qarşı

Misli Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutacaq.

Günün ilk matçı “Sumqayıt”la “Turan Tovuz” arasında olacaq.

Digər qarşılaşmada isə “Neftçi” və “Zirə” komandaları üz-üzə gələcəklər.

Bir gün öncə “Sabah” “Kəpəz”ə 3:2 hesabıyla qalib gəlib, “Səbail” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib – 2:2. Bu turun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.

Misli Premyer Liqası
23-cü tur

18 fevral

“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30

“Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Neftçi Arena”, 18:00

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar