“Problem özümüzdədir” – Elmar Baxşıyev

Premyer Liqanın 24-cü turunun “Kəpəz” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Sports.az sizi 44 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Oyuna yaxşı hazırlaşmışdıq. Həftə ərzində baş tutan məşq proseslərində futbolçular istəkli idilər. Bu matçda qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Bu oyunda rəqiblə xal fərqini azaltmaq istəyirdik. Amma biz istədiyimiz kimi olmadı. Oyunun qırılma nöqtəsi başqa hadisənin baş verməsi olur ki, bundan sonra ritmi itiririk. Verilməyən penaltilər oldu. Ülvi İsgəndərovun başı yarılmalıdır ki, 11 metrlik cərimə zərbəsi təyin olunsun? Bizə fərqli qərar verirlər. Azarkeşləri də başa düşürük. Ötən il başqa səviyyədə “Qəbələ” var idi”. 

Baş məşqçi ayrı-ayrı oyunçular və komandanın durumu haqda da danışıb: “Emil Səfərov gənc oyunçu mərhələsini keçib. Əgər millinin futbolçusu çempionat matçında həyəcanlanırsa, onun inkişafında problem olacaq. Amma belə olmadığını düşünürəm. Daha yaxşısını etmək üçün toparlanmalıdır. Heyətdəki rotasiyalar normaldır. Hansısa duetin müdafiədə daha yaxşı olacağına ümid edirik. Bugünkü məğlubiyyətin səbəbi müdafiə deyil. Heyət o qədər də aciz deyil. 24 turda 9 dəfə azlıqda qalmışıq. Problem özümüzdədir. Komanda “dişini göstərməlidir”. Hələ heç nə itməyib. Meydanda xarakter göstərməliyik. Komandamın iradəsini göstərəcəyinə inanıram”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar