PFL rəsmisinə beynəlxalq təyinat

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Sports.az xəbər verir ki, Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Şturm Qrats” (Avstriya) – “Lill” (Fransa) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.

Bu oyun martın 7-də Avstriyanın Qrats şəhərində yerləşən “Stadium Graz Liebenau” stadionunda keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar