“Qarabağ” çempionluğu darmadağınla təmin etdi

Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.

Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.

Turun açılış oyununda “Qəbələ” “Neftçi”ni qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.

İlk oyun gününün digər qarşılaşması son çempion və lider “Qarabağ”la “Kəpəz” arasında baş tutub. Ağdam təmsilçisi bu oyunda uduzmasa, növbəti çempionluğunu rəsmiləşdirəcəkdi. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu istəyinə darmadağınla nail olub.

Misli Premyer Liqası
28-ci tur

29 mart

“Qəbələ” – “Neftçi” 0:1
Qol: Kilan Lebon, 42.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 16:30.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 23. Ataa Caber, 88. Brayan Moreno, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.

“Kəpəz” – “Qarabağ” 1:6
Qollar: Latir Fal, 90 - Julio Romao, 21. Olavio Juninyo, 52; 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.
Qarabağ: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar