“Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub yola saldı

Bu gün Misli Premyer Liqasında 28-ci tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə bir oyun baş tutub.

Günün yeganə oyunu “Sumqayıt”la “Araz-Naxçıvan” arasında keçirilib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Neftçi”yə, “Sabah” “Zirə”yə 0:1, “Kəpəz” isə “Qarabağ”a 1:6 hesabıyla uduzub. “Səbail” - “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.

Misli Premyer Liqası
28-ci tur

31 mart

Sumqayıt - Araz Naxçıvan 1:0
Qol: Kazimir Ninqa, 7-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 18:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Məşqçi: Mübariz Orucov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar