“Şamaxı”nın futbolçusu təcavüzkar davranışa görə cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda I Liqanın 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyununun 35-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qaradağ Lökbatan” klubu 150 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.

“Araz Saatlı” – “Mingəçevir” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” oyununun 71-ci dəqiqəsində “Şamaxı” klubunun 20 nömrəli futbolçusu Əli Mürsəlov təcavüzkar davranışa görə (rəqibi aqressiv şəkildə itələdiyinə görə) birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Şamaxı” klubu 150 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” oyununun 81-ci dəqiqəsində “İmişli” klubunun 44 nömrəli futbolçusu Həzrət İsayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “İmişli” klubu 50 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” oyununun 63 və 80-ci dəqiqələrində “İmişli” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” klubuna xəbərdarlıq edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar