Azərbaycan futbolu
Tərlan Əhmədov imtina etdi, yeni baş məşqçi bilindi - RƏSMİ
07.04.2024 | 16:29
“Araz Naxçıvan"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sports.az xəbər verir ki, klub Elmar Baxşıyevə tapşırılacaq.
Naxçıvan təmsilçisi Baxşiyevdən əvvəl Tərlan Əhmədova və Mahmud Qurbanova təklif göndərsə də, onlar qeyri-sağlam mühit hökm sürən komandaya gəlməkdən imtina edib.
Klub rəhbərliyi Elmar Baxşıyevin yeni baş məşqçi olacağını təsdiqləyib.