Tovuz stadionu "Hünər Arena" adlanacaq

Növbəti mövsümdən Tovuz şəhər stadionunun adı dəyişiləcək. 

Bu haqda Sports.az saytına açıqlamasında "Turan Tovuz"un baş sponsoru "Huner Group"un təsisçisi və direktoru Ehtiram Quliyev məlumat verib. 

Quliyev Tovuz stadionunun növbəti mövsümdən adının dəyişəcəyini bildirib. O, "Turan Tovuz"a ildə 200 min manat yardım edəcək yeni sponsor tapılarsa, stadionun adının həmin sponsor istədiyi kimi adlandıracağını da istisna etməyib.

Qeyd edək ki, dünən Qəbələdə "Qəbələ" üzərində əzmkar qələbə qazanan Qərb bölgəsinin təmsilçisi bununla avrokuboklara vəsiqə qazanmaq şanslarını artırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar