"Rusiya mediasında Lunyovla bağlı yayılan xəbər yalandı" - Emrah Çelikel

Rusiya mətbuatında Andrey Lunyovun "Qarabağ"la müqaviləsinin bu mövsümün sonu bitdiyi və təcrübəli qapıçının azad agent olacağı haqda məlumat yayılıb.

"Qarabağ"ın baş direktoru Emrah Çelikel məsələ ilə bağlı Sports.az saytına açıqlamasında bu informasiyanın həqiqəti əks etdirmədiyini bildirib:

- Qapiçimiz ilə olan anlaşmanı daha bir il uzatmaq klubun istəyinə bağlıdı. Lunyov əvvəlcədən klubumuz istəsə, daha 1 il razilaşdırılan şərtlərlə müqaviləni uzatmağa razılıq verib. 

Buna görə də Rusiya mediasında yayılan məlumat həqiqəti əks etdirmir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar