Avazı yaxşı gələn Hacıyev

Düz 1 ay əvvəl nəhayət AFFA-da rəhbərlik dəyişdi. Dərindən nəfəs aldıq. Hansı işlərin görüləcəyini səbrsizliklə gözləməyə başladıq. 

Elxan Məmmədovun Parisə gedişindən sonra federasiyanın əsas simasına çevrilmiş Sərxan Hacıyevin mediaya açıqlamalarından problemləri və həll yollarını bildiyi aydınlaşırdı. 

İslahatçı təsiri bağışlayan Hacıyevin sözdən əmələ keçəcəyi anı gözləyirdik. Əvvəlki rəhbərlik buna şərait yaratmırdısa, yenilər haqda eyni sözləri deyə bilmərik. Sərxan bəyin federasiyada qalmasının səbəbi də ona olan güvən idi.  

Təəssüf ki, hələlik ortalıqda heç nə yoxdur.
Bir ay keçməsinə baxmayaraq, AFFA-nın fəaliyyətində zərrə qədər də dəyişiklik baş verməyib...

...Qurban Qurbanov kimi bütün Avropada özündən söz etdirən yerli mütəxəssis ola-ola yenə milli komandaya əcnəbi baş məşqçi axtarışı davam edir.

Yenə Elxan Məmmədovun adamları Azərbaycan futbolunda meydan sulayır. Hakimlər "Sumqayıt"ı və keçmiş rəhbərliyə yaxın digər klubları "dartmaq" yarışına çıxır. 

Uşaq futbolunun inkişafı üçün kağız üzərində belə heç bir addım atılmır. 

Bir sözlə, böyük ümidlərlə icraçı vitse-prezident seçilən Sərxan Hacıyevin fəaliyyətsizliyi yaxşı gələcək vəd etmir. 

Aydın məsələdi ki, Rövşən Nəcəf futbolda yeni adamdı. Ümumiyyətlə, hamı bilir ki, federasiyada prezident vəzifəsi fərqlidi. Bu həmişə belə olub. 

Gözləntilər daha çox icraçı vitse-prezidentdəndi. Amma Sərxan Hacıyev də kölgəyə çəkilib. Deyəsən, yeni vəzifəsinin ağırlığını qaldıra bilmir. Sanki, yenə futbolumuzu Elxan Məmmədov idarə edir...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar