II Liqada Nəsibov, Premyer Liqada yalnız “Kəpəz”lilər

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alınıb. 

Sports.az xəbər verir ki, “Füzuli”nin futbolçusu Elvin Nəsibov bir oyunda 7 qol olub.

O, II Liqanın 25-ci turunda fərqlənib. Hücumçunun qolları “Kürmük Qax”la ev matçında komandasına 7:2 hesablı qələbə qazandırıb. Bu, mövsümün rekordu olsa da, ölkə çempionatları tarixində ilk belə hal deyil. Digər turnirləri nəzərə almasaq, təkcə Premyer Liqada iki futbolçu 7 qol vurmağı bacarıb. Hər iki oyunçu buna “Kəpəz” forması ilə nail olub. Fazil Pərvərov 1993/94 mövsümündə “Avtomobilçi” ilə görüşdə (8:0) yeddi dəfə fərqlənib. Üç il sonra - 1996/97 mövsümündə Rövşən Əhmədov “Şəmkir” üzərində 14:2 hesablı qələbədə qolların yarısını vurub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar