Azərbaycan futbolu
II Liqada mükafatlandırma mərasimi keçiriləcək
15.05.2024 | 18:20
Futbol üzrə Azərbaycan II Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Sports.az xəbər verir ki, 21 mayda Binə qəsəbə stadionunda baş tutacaq “Şəfa” – “Baku Sportinq” oyunundan sonra II Liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.
Həmçinin mövsümün bombardir və ya bombardirlərinin mükafatları veriləcək.