Hakimi təhqir edən futbolçu 4 oyunluq cəzalandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, bu gün keçirilən iclasda Əvəzedicilər Liqasının 34-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi-2” – “Kəpəz-2” oyununun 23-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Kəpəz-2” komandası 50 manat cərimə edilib.

“Neftçi-2” – “Kəpəz-2” oyununun 40-cı dəqiqəsində “Kəpəz-2” komandasının 70 nömrəli futbolçusu Nicat Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Kəpəz-2” komandası 300 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Sumqayıt-2” – “Səbail-2” oyununun 87-ci dəqiqəsində “Səbail-2” komandasının 38 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Səbail-2” komandası 50 manat cərimə edilib.

“Qəbələ-2” – “Sabah-2” oyununun 89-cu dəqiqəsində “Qəbələ-2” komandasının məşqçisi Elçin Rzazadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ-2” komandası 100 manat cərimə edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar