Futbol mövsümünün ən yaxşıları mükafatlandırılacaq

Sports.az saytının təsis etdiyi və ETOPAZ-ın baş sponsoru olduğu Sports.az Awards - Futbol mövsümünün ən yaxşılarını mükafatlandırma mərasimi keçiriləcək. 

Mayın 27-si, saat 11:30-da “Four Seasons Baku Hotel”də başlayacaq tədbirdə "Ən yaxşı futbolçu", "Ən yaxşı baş məşqçi", "Ən yaxşı qapıçı", "Ən yaxşı klub funksioneri", "Ən yaxşı komanda" və başqa nominasiyalar üzrə qaliblər bilinəcək.

Xatırladaq ki, Sports.az saytı ETOPAZ-la birgə 2023-cü ildən müxtəlif nominasiyalarda futbol mövsümünün ən yaxşılarını müəyyənləşdirir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar