Sxadadzedən “Qəbələ” ilə yeni müqavilə

“Qəbələ” baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb.

Sports.az xəbər verir ki, 55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub. 

Sxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.

Sxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tiflis, 2001-02), “Dinamo” (Tiflis, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar