“Real Madrid”, “Barselona” və “Mançester Siti” Bakıya gələ bilər

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" Zaqreb "Dinamo"sunu keçsə, qitənin və dünyanın ən yaxşı klublarını Bakıya gətirə bilər.

Azərbaycan çempionu Çempionlar Liqasının əsas mərhələsinə qala bilsə, püşkatmada 3-cü səbətdə yer alacaq. 

1-ci səbətdə "Mançester Siti", "Real Madrid", "Barselona", "Liverpul", PSJ, "İnter", "Bayern Münhen", "Borussiya Dortmund" və "Leypsiq" yer alır.

2-ci səbətdə isə "Qarabağ"ın köhnə tanışı "Bayer Leverkuzen", "Atalanta", "Milan", "Yuventus", "Arsenal", "Atletiko Madrid", "Benfika", "Brügge" və "Şaxtyor" var.

"Dinamo" səddi aşılsa, bu səbətlərin hərəsindən 2 komanda "Qarabağ"ın rəqibi olacaq.

Üçüncü və dördüncü səbətlərin tərkibi isə hələ müəyyənləşməyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar