Azərbaycanda beynəlxalq futbol turniri start götürür

Azərbaycan Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə 12 yaşadək futbolçular arasında beynəlxalq turnir keçiriləcək. 

Sports.az xəbər verir ki, AGİN, AFFA və "Ulduz" Futbol Akademiyasının təşkilatçılatçılığı ilə baş tutacaq yarış "Ulduz Cup" adlanır.

Quba Olimpiya Kompleksinin ev sahibliyi edəcək turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparacaq. 

"Ulduz" Futbol Akademiyasının direktoru Mehman Əlimovdan aldığımız məlumata görə, 

A qrupunda Şimali Kipr milli komandası, "Bunyodkor" (Özbəkistan), "Ulduz" FA və Quba OK,

B qrupunda isə "Dinamo Minsk" (Belarus), "Saburtalo" (Gürcüstan), "Qarabağ" və "Metak" qüvvəsini sınayacaq.

Sabah start götürəcək turnirin final matçı sentyabrın 6-sı keçiriləcək. 

Qeyd edək ki, bu, bir zaman "Qəbələ" İdman Klubunun təşkilatçısı olduğu "Gabala Cup"dan sonra ölkəmizin keçirdiyi ən böyük beynəlxalq futbol turniridi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar