“Brommapoykarna” nümunəsi

“Brommapoykarna” nümunəsi

Yenə uduzduq... 

Amma bu dəfə məğlubiyyət bir ümid işığı verdi. Yeni baş məşqçimiz Fernandu Santuş hücum futbolunu sevir. Belə oyun azarkeşə də, hamıya da zövq verir. Onsuz da, müdafiə futbolu ilə də uduzasıyıq. Heç olmasa, rəqibi həyəcanda saxlayıb, azarkeşə zövq verib uduzaq.

Ramil Şeydayev özbaşınalıq etməyib Emin Mahmudova penaltini vurmağa şərait yaratsa daha yaxşı nəticə qazana bilərdik. Oldu keçdi. Zatən, bu Millətlər Liqasının nəticə baxımından heç bir əhəmiyyəti yoxdu. Buna görə də, daha çox dünya çempionatının seçmə mərhələsinə hazırlığa fikir verilməlidi.

Santuş Rza Cəfərov, Yusif İmanov, Nəriman Axundzadə, Emil Səfərov, Xəyal Əliyev, Musa Qurbanlı, Toral Bayramov, Ceyhun Nuriyev, Rüstəm Əhmədzadə, Emil Mustafayev, Elvin Cəfərquliyev, Amin Seydiyev, Renat Dadaşov kimi yaşı 25-i keçməyən gənclərə daha çox güvənməli və yeni bir əsas heyət formalaşdırmalıdı. Elə mövqelər var ki, orda təcrübəçi futbolçulara da ehtiyac duyulur. Məsələn, mərkəz müdafiəçisi kimi Bəhlul Mustafazadənin alternativi yoxdu. Yenilənmiş millinin kapitanı da elə Bəhlul və ya onun həmyaşıdı Mahir Emreli ola bilər.

Gələn il başlayacaq dünya çempionatının seçmə mərhələsinəcən bu heyət Millətlər Liqasında "rəndələnsə", futbolçular o vaxtacan bir-birinə tam uyğunlaşar. Nəticədən asılı olmayaraq Santuşu hamı anlayışla qarşılayar ki, gənclərə daha çox güvənir, gələcəyi düşünür. 
35 yaşlı futbolçularla da uduzuruqsa, qoy elə 20-25 yaşlılar oynasın. Özü də bu yaşda adını çəkdiyim futbolçuların potensialı pis deyil. Dünən xüsusən Renat Dadaşovun yaxşı formada olduğunu gördük.
Bu komanda səfərdə Slovakiyanı uda bilər. Amma dediyim kimi Millətlər Liqası nəticədən çox gələcəyə heyət formalaşdırılması baxımından vacibdi. 

*

İsveçdə futbol 1 nömrəli idman növü deyil. Bununla belə, skandinaviyalılardan öyrənməli olduğumuz çox şey var.
Dünən İsveçin heyətində meydana çıxan 5 futbolçuya diqqət edək.
"Sportinq Lissabon"un ulduzu, qapımıza üçüncü qolun müəllifi Viktor Qyökereş, "Anderlext"in təcrübəli ulduzu Lüdviq Auqustinsson, "Selta"nın müdafiəçisi Karl Starfelt, "Tottenhem"in ulduz yarımmüdafiəçisi Deyan Kuluşevski, yenə "Tottenhem"in bu yay 10 milyon avroya transfer etdiyi 18 yaşlı Lukas Berqvall... 

Lukas Musa Qurbanlı ilə "Yurqorden"də bir yerdə oynayırdı. Martda Stokholmda olanda məşqlərini izləmək şansım oldu. Berqvalldan top almaq mümkünsüz kimi görünürdü. Musa deyirdi ki, Berqvall "Tottenhem"dən öncə "Barselona"ya gedib və orda çox artırıb, "Yurqorden"ə sanki yeni Messi kimi qayıdıb. Amma sonra ingilislər katalonlardan daha ağıllı tərpənib gənc yetənəyi transfer etdilər. Musanın sözlərinə görə Lukas çox sadə və mədəni oğlandı. 
Yuxarıda adlarını çəkdiyim, dünən millimizə qarşı İsveç millisinin heyətində meydana çıxan 5 futbolçunu birləşdirən məqam hamısının "Brommapoykarna" akademiyasının yetirmələri olmalarıdı. 

Bu klub 82 il öncə yaransa da, böyük futbolda ciddi uğurları olmayıb.

"Brommapoykarna" strategiyasını uşaq futbolu üzərində qurub. Bütün yaşlar üzrə 247 komandası var ki, bu göstəricidə Avropada birinci yerdədilər. Üç mindən çox futbolçusu olan klub akademiyası ilə tanınır və əsas gəliri yetişdirdiyi gənc futbolçuları satmaqdan qazanır.

"Brommapoykarna" nümunəsi Azərbaycan üçün də çox faydalı olar. Millimiz və "Qarabağ" tez-tez bu ölkənin komandaları ilə qadşılaşır. Nədən "Brommapoykarna" nümunəsindən istifadə edilməsin, onlarla əməkdaşlığa başlanmasın, təcrübələrindən bəhrələnməsin? 
Bəlkə elə Azərbaycanın müxtəlif bölgələrdə filiallarını da açmaq olar. Olimpiya çempionumuz İqor Ponomaryovun oğlu, millimizin keçmiş üzvü Anatoli Ponomaryov daxil İsveçdə xeyli keçmiş azərbaycanlı futbolçu yaşayır. Bu işi həyata keçirmək üçün onların əlaqələrindən də yararlanmaq olar. Bu klub nümunəsi Azərbaycan futbolu üçün çox fayda verə bilər.

Hər yeni yaranan və ya lap elə köklü klublarımız, hamı ancaq böyük futbolda uğur qazanmağa çalışır. Nə bir plan var, nə bir strategiya.

Ona görə bu gündəyik. 

İndi gələcəyi düşünməsək, 10-20 il sonra da heç nə dəyişməyəcək...

Son xəbərlər
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
Yarımmüdafiəçisi “Liverpul”dan ayrılmaq istəyir
Ryerson Premyer Liqaya üz tuta bilər
Fiqodan Rodriqoya dəstək
19-cu tura start verilir
Entso Fernandes PSJ-yə keçə bilər
“Samsunspor" "Rayo Velyekano"nu qəbul edəcək
DAHA ÇOX

Ən çox oxunanlar