Amin!

Amin!

UEFA-nın rəsmi saytında Çempionlar Liqasının əsas mərhələsi üçün "Qarabağ"ın iştirak ərizəsində 10 Azərbaycan pasportu olan futbolçu var:

1. Amin Rzayev - 12.10.2009
2. Hikmət Cəbrayılzadə - 02.08.2007
3. Nəriman Axundzadə - 23.04.2004
4. Musa Qurbanlı - 13.04.2002
5. Toral Bayramov - 23.02.2001
6. Elvin Cəfərquliyev - 26.10.2000
7. Bəhlul Mustafazadə - 27.02.1997
8. Abbas Hüseynov - 13.06.1995
9. Şahruddin Məhəmmədəliyev - 12.06.1994
10. Bədavi Hüseynov - 11.07.1991

Təsəvvür edin ki, Şahruddin - Elvin, Bəhlul, Bədavi, Abbas, Amin, Hikmət, Toral, Nəriman, Musa hamısı birlikdə hansısa oyunda start heyətində meydana çıxır!

Çempionlar Liqasının əsas mərhələsində birdən-birə 10 azərbaycanlı futbolçu və onların arasında 15 yaşlı Amin Rzayev!!!

"Qarabağ"ı hamı güclü forvard almamağa görə tənqid edir. Reallıq hissini itirməsək, rəqibləri nəzərə alsaq, yeni hücumçu gəlsə də, gəlməsə də uzağı hansısa mikrouğur qazanmaq mümkün görünür. Düzdü, bəxt üzümüzə gülsə, ÇL-dəki oyunlarda əldə ediləcək xallar, möcüzə yaşansa, avrokuboklarda növbəti mərhələyə vəsiqə forvarda çəkilən xərci artıqlaması ilə qarşılaya bilər. 

Bir məqamı da unutmayaq ki, "Qarabağ" illərdir Avropada Azərbaycan futbolunun başını ucaldır. Klub rəhbərliyi sözsüz ki, bu cür turnirdə yaxşı çıxışı çox istəyir, amma nə etdiyini də hamıdan daha yaxşı bilir.

Bəlkə ÇL-in dünya futbolunun ən baxımlı turniri, vitrini olduğunu nəzərə alıb ilk növbədə indiki heyətdəki futbolçuları oynadıb özlərini yaxşı tərəfdən göstərmələrinə şans yaratmağı, bundan sonra onları satıb qazanc əldə etməyi və yeni, daha qlobal plan qurmağı düşünürlər?

"Qarabağ" rəhbərliyi son 15 ildə akademiyaya xüsusi diqqət ayırsaydı yetirmələri qitə turnirlərində özünü göstərə və klub bundan yaxşı qazanc əldə edə bilərdi. Keçənə güzəşt.  Heç olmamaqdan, gec olması yaxşıdı. Nail Kərimov və Aftandil Hacıyevin gəlişindən sonra klubun uşaq akademiyasında nəzərəçarpacaq irəliləyiş var. Aminlər də təsadüfən belə yerlərə yüksəlmir.

Bu mövsüm yalnız Çempionlar Liqasında yox, UEFA Gənclər Liqasında da "Qarabağ"ın yerli futbolçularının bacarığını görmək şansımız olacaq. Gənclər Liqasında "Sabah"ı da izləyə biləcəyik. 

Qoy 15 yaşlı Amin Rzayev və bütün fubolçularımız üçün avrokubok mövsümü uğurlu alınsın! 

Amin!

Son xəbərlər
“Prezident Kuboku”nun açılış mərasimi keçirilib
Özbəkistanda 4-cü yer
Bakıda Beynəlxalq Şahmat Festivalı start götürüb
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
DAHA ÇOX

Ən çox oxunanlar