“Turan Tovuz” “Araz-Naxçıvan”a uduzur - YENİLƏNİR

Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, bu gün daha bir oyun baş tutacaq.

Liderlər qrupunda qərarlaşmış “Turan Tovuz” doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşacaq. Tovuz təmsilçisi qələbə qazansa, zirvədəki mövqeyinə qayıdacaq.

Turun əvvəlki oyunlarına “Kəpəz” “Şamaxı”ya uduzub (0:2), “Qarabağ” isə “Neftçi”ni 4:0 hesabıyla yenib. “Səbail” – “Sabah”
və “Sumqayıt” – “Zirə” oyunlaır sabah keçiriləcək.

Misli Premyer Liqası
7-ci tur

21 sentyabr

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:2 (1-ci hissə)
Qollar: Ayxan Hüseynov, 48 - Ramon Maçado, 44. Felipe Santos, 55.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
Tovuz şəhər stadionu. 18:00.

Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 71. Mehman Hacıyev, 41. Sergey Samok, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 19. Elçin Qasımov, 22. Nahid Əliyev, 25. Denis Marandiç, 6. Araş Qaderi.
Baş məşqçi: Kurban Berdiyev.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev (k), 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar