Balakişi Qasımovla uzun söhbət

Balakişi Qasımovla uzun söhbət

2019-cu il aprelin 30-u Qol.az saytında "BalaKİŞİ, Səmədov və Medvedev" başlıqlı yazımı "Kaş futbolumuza da Balakişi Qasımov kimi savadlı, bacarıqlı və uğurlu kadrlar rəhbərlik edə..." cümləsi ilə bitirmişdim.

Bu yazıdan 5 il sonra həyatımda ilk dəfə dünyada daha çox Balaş Kasumov kimi tanınan Balakişi Qasımovla üzbəüz görüşdük. 

O, artıq AFFA-nın vitse-prezidentidi. Tale elə gətirdi ki, bu vəzifədə ilk müsahibəsini də mənə verdi. 

Balakişi Qasımova rəğbətim təxminən 20-25 il öncə yaranıb. Postsovet məkanında olduqca populyar "Nə? Harada? Nə zaman?" intellektual oyununda Rövşən Əsgərovun və onun qazandığı uğurlara görə gənc yaşlarımda sevincdən necə ağladığımı heç vaxt unutmaram. 

O zaman Azərbaycan və azərbaycanlılar indiki kimi güclü və özgüvənli deyildi, hər cür aşağılanırdıq və hansısa mikrouğur da bizə çox fantastik görünür, natamamlıq kompleksindən qurtulmağa kömək edirdi.

...Onun həm intellektual oyunlarda, həm də futbolda uduzmağı sevməməsi haqda eşitmişdim. Beynimdə bir qədər yekəxana, özündənrazı və çılğın portreti formalaşmışdı. 

Yolların bağlanmasına görə baş direktoru olduğu İTV-yə görüşə yarım saat gecikəndə həyacanım bir qədər də artmışdı.

Fürsətdən istifadə edib quqlda rusca ad-soyadını yazdım. Qarşıma "Balaş Qasımov hardadır?", "Balaş Qasımov "Nə? Harada? Nə zaman?"dan getdi?" "Balaş Qasımov milliyəti" və başqa axtarışlar çıxdı. 

Bu, məni bir qədər sakitləşdirdi. Dünyada sevilən bir azərbaycanlı hər halda adamla ilk görüşündə Qafqaz temperamentini gizlətməyə çalışar. 

Amma sən demə ümumiyyətlə həyacanım boşuna imiş...

"Sizi çox gözəl anlayıram, özüm də bəzən nəzərdə tutulan vaxt lazım olan yerə çata bilmirəm" - bu giriş sözləri söhbətimizin maraqlı alınacağına işarə idi.

İlk cümlələrindən biri "Sizin yazıları uzun illərdir izləyirəm" oldu. Sonra illər öncə yazdığım yazıları xatırladı, sitatlar gətirdi.

Yuxarıda qeyd etdiyim kimi "yenilməz kapitan" yeniyetməlik dövrümdən kumirim olub. Azərbaycan üçün belə bir dəyərin sadə idman jurnalistini izləməsi, qiymətləndirməsi 26 illik jurnalistika fəaliyyətimdə unutmayacağım anlardan idi.

..."Bəzən hansısa uğurlarımdan yazanda, tərifləyəndə özümü yaxşı hiss etmirəm, açığı, bunu sevmirəm" sözləri isə adamın nə qədər təvazökar olmasını göstərirdi. 

Kübarlığı, mehriban qarşılaması, çoxdan görmədiyim original "Vdoxnoveniye"  şokoladı məni o qədər ilhamlandırdı, nostalji hissləri yaratdı ki, həddindən artıq çox işi olan Balakişi müəllimlə saatlarla söhbətləşdik. 

İdman mediasına ilk müsahibəsində, düşünürəm ki, ona mümkün olan bütün kəskin sualları verdim. 

Tək futboldan yox, bir çox sahələrdən, həyatdan danışdıq. İlk dəfə idman mediasına müsahibə verən Balakişi Qasımovun portretini tam aça bildiyimi düşünürəm. 

Bəlkə də heç vaxt bu qədər uzun müsahibə verməmişdi. Amma bu uzun söhbətin sonunda müəyyən qənaətə gəlmək mümkün oldu. Azərbaycan futbolunun inkişafının "uzun söhbət" olduğunu anladım. 

Xüsusən bir cavab ömrüboyu futbolumuzun təəssübünü çəkən adam kimi məni qane etmədi. 

Belə anlaşıldı ki (kaş yanlış anlaşma ola), Azərbaycan futbolunda uzun illərdir kök atmış mafioz dəstədən təcili qurtulmaq müşküldü.

Bu isə o deməkdir ki, proses nə qədər uzansa, azarkeşlərin AFFA-nın yeni rəhbərliyinə ümidləri bir o qədər puç olacaq.

Belə olan təqdirdə Azərbaycan futbolundan inkişaf gözləmək, məsələn, "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin bundan sonra şəffaf fəaliyyət göstərəcəyinə inanmaq kimi bir şeydi...

Müsahibədə ən sevindirici məqam məndə yeni AFFA rəhbərliyinin dövlətin və beynəlxalq qurumların futbolun inkişafı üçün ayırdığı vəsaiti yeyib-dağıtmayacağına, təyinatı üzrə istifadə edəcəyinə yaranan əminlik oldu. 

Yeni AFFA rəhbərliyi əvvəlkilərdən fərqli Azərbaycanı və futbolumuzu sevən, inkişaf üçün var güclərini ortaya qoyan insanlardı. Amma nəticə qazanılması üçün illər və səbr lazımdı. Bu dözümün olub-olmayacağını isə zaman göstərəcək. 

AFFA-nın yeni rəhbərliyinə çətin missiyalarnı həyata keçirməkdə uğurlar!

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar