Azərbaycan futbolu
“Neftçi” Kilan Lebonla yolları ayırdı
14.01.2025 | 12:00
"Neftçi" klubu Kilan Lebonla yolları ayırıb.
Sports.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ilin yanvarından "Neftçi"də forma geyinən Lebon bu müddət ərzində meydana çıxdığı 73 rəsmi oyunda 6 qol vurub.