“Qarabağ”ın “Flamenqo”ya keçən hücumçusundan ilk açıqlama

“Burada olduğum üçün çox xoşbəxtəm”.

Sports.az xəbər verir ki, bunu "Qarabağ"dan Braziliyanın "Flamenqo" klubuna keçən Olavio Juninyo Rio-de-Janeyrodakı hava limanında deyib.

28 yaşlı hücumçu A Seriyası təmsilçisi ilə rəsmi müqavilə bağlamadığı üçün qısa açıqlama ilə kifayətlənib. Onu klub rəsmiləri ilə yanaşı, bir neçə azarkeş də qarşılayıb.

Yerli vaxtla təxminən saat 17:00-da sözügedən şəhərə çatan forvard birbaşa otelə yollanıb. O, bu gün tibbi müayinədən keçəcək və daha sonra 3 illik rəsmi müqaviləyə imza atacaq.

"Qarabağ" bu transferdən 5 milyon avro qazanacaq. "Flamenqo" həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar