“Avropa Liqasında finala vəsiqə qazana bilərik”

“UEFA Avropa Liqasında finala vəsiqə qazana bilərik. Bəli, mən belə düşünürəm”.

Sports.az xəbər verir ki, bunu "Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibi olan Rumıniyanın FCSB komandasının futbolçusu Aleksandru Belutse deyib.

31 yaşlı hücumçu hazırda avrokubokda uğurlu çıxış etdiklərini bildirib:

"Güclü tərəflərimiz haqqında fikirləşməliyik. Yəqin ki, bu qədər müsbət nəticələr qazanacağımızı düşünməzdik. Fədakarlıq etdiyimiz üçün yuxarı pillələrdəyik. Digər komandalar qədər təcrübəmiz yox idi. Amma biz bacardıq".

Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də keçiriləcək. Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar