Xəbərimiz təsdiqləndi: Camalov rəsmən “Neftçi”də

“Sabah”dan ayrılan Elvin Camalovun yeni klubu müəyyənləşib.

Sports.az xəbər verir ki, o, bundan sonra “Neftçi”nin formasını geyinəcək.

Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni komandasında 4 nömrəli formanı geyinəcək 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1,5 + 1 il şərti ilə müqavilə bağlanıb.

“Qəbələ”nin yetirməsi olan Camalov “Zirə” və “Sabah” klublarında da çıxış edib. Sonuncu klubu “Sabah”ın kapitanı olmuş təcrübəli futbolçu 2018/19 mövsümündə “Qəbələ” ilə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. O, milli komandamızın heyətində 20 oyun keçirib.

Xatırladaq ki, Camalovun “Neftçi”yə keçəcəyi barədə Sports.az saytı daha öncə məlumat yaymışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar