Böyük azərbaycanlının ruhunu şad etmək üçün!

Böyük azərbaycanlının ruhunu şad etmək üçün!

Bu gün "Qarabağ" tarixinin ən çətin oyunlarından birinə çıxacaq. 

Söhbət rəqibin gücündən, tarixindən - vaxtilə Çempionlar kuboku, indi Çempionlar Liqası adlanan turniri, UEFA Superkubokunu  qazanmasından getmir. 

"Qarabağ" bu rəqibdən daha güclülərini də məğlub edib. Amma indi ağdamlılar psixoloji olaraq toparlanmağı bacarmalıdırlar. Bunda komandaya ən böyük köməyi isə azarkeşlər verə bilər.
Cəmi 5 gün öncə klub bu yerlərə gəlməsində müstəsna rolu olan mənəvi atasını, babasını itirdi. Onun gəlişindən sonra "Qarabağ" dünya azərbaycanlılarına çox sevinc bəxş etdi. İndi borcu qaytarmaq, çətin günündə çempionumuza dəstək vermək, qələbə ilə ruhunu şad etmək anıdı! 
Dünən keçirilən oyunöncəsi mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov da bu məqama diqqət çəkdi, belə bir itkinin tezliklə unudulmasının mümkün olmadığını bildirdi. 

"Azersun Holding"in prezidenti və "Qarabağ" Futbol Klubunun fəxri prezidenti  Abdolbari Gözəl əsl dünya vətəndaşı idi. İranda dünyaya gəldi, Türkiyədə yaşadı, bir çox ölkələrdə biznes qurdu, Birləşmiş Ərəb Əmirliklərində vəfat etdi...

"Hazırda Dubay, İsveçrə, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İraq, Əfqanıstanda "İntersun Holding"in himayəsi altında 14 ayrı-ayrı milliyətə sahib insanlar bir ailə kimi işləməkdədir. Daimi işçilərin ümumi sayı 7000, fabriklərdə mövsümi olaraq işləyənlərin sayı isə 10 000-dir.

"Azersun Holding"də onun Bakıda yaratdığı şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaradılıb və hazırda demək olar ki, 2500–3000-ə yaxın işçiyə sahibdir" - onun haqqında vikipediyada yazılanlardı.

Amma bu qədər insana, ailəyə çörək verən dünya vətəndaşı bir qədər təzadlı görünsə də, əslində həm də böyük azərbaycanlı idi. 

Təsadüfi deyil ki, Gözəl bəy (belə müraciət edilməsini sevərmiş) Azərbaycanın ən çətin dönəmində "Qarabağ"la Avropada və dünyada bu xalqa çox böyük təsəlli və ruh verdi. Özü də, ölkədə tarixən ən zəif sahələrdən olan futbolla.

Abdolbari Gözəlin klubu alandan sonra "Qarabağ" Avropadakı uğurları ilə təkcə futbolda ağlımıza gəlməyən nəticələr qazanmadı, həm də Azərbaycan xalqının ruhunu dirçəltdi! Özünün dediyi kimi, Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə başlayan bu fantastik işi məhz o təşkil etdi. Oğlu, "Qarabağ"ın prezidenti Tahir Gözəl, klubun baş direktoru Emrah Çelikel onun haqda hər zaman böyük sevgi və sayğıyla danışır, komandanın bu yerlərə gəlməsində səbrli yanaşmasının, doğru insanlara güvənməsinin, mənəvi dəyərləri hər şeydən üstün tutmasının böyük rol oynadığını deyirlər. 

Lomonosov adına Moskva Dövlət Universitetini bitirmiş, "Azersun Holding" yarananda orda işləmiş, hazırda Torontoda yaşayan dayım Yaşar Hacıyevə bu xəbəri çatdıranda çox təsirləndi, Abdolbari Gözəli "Çox mədəni və mərhəmətli adam idi. Allah qəni-qəni rəhmət eləsin!" sözləri ilə andı. 

Məncə, ən azı "Qarabağ"ın Avropadakı uğurları ilə yüzminlərlə qaçqını, şəhid ailələrini, qazilərimizi sevindirməsinə görə Gözəl bəy rəhməti, cənnəti artıq bu dünyada qazanmışdı. Tanıyanların dediyi kimi - sözün hər mənasında, Gözəl bəy! 

Azərbaycan, azərbaycanlılar və ən azından futbol camiəsi sizi heç vaxt unutmayacaq!
Ruhunuz şad olsun, böyük azərbaycanlı!

Son xəbərlər
Liderlərdən heç-heçə
Komitə sədri 29-cu turun mübahisəli epizodlarını şərh etdi - VİDEO
Yamala görə İspaniya yığmasına müraciət edildi
“Prezident Kuboku” beynəlxalq reqatasının püşkü atıldı
Alvares klubunu dəyişmək qərarı verib
“Real”ın futbolçusu əməliyyat olundu
“Mançester Siti”dən Stounz qərarı
UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair seminar
“Arsenal”da Çempionlar Liqası matçı öncəsi itki
Avropa çempionu olmuş millimiz Bakıya qayıtdı
Bakı Marafonunda 25 min iştirakçı yarışacaq
Prezident Kuboku: Komandaların rəsmi paradı və təqdimatı keçirilib
Yüksək Liqada 18-ci turun təyinatları açıqlandı
“Fənərbağça”da növbəti prezident seçkilərinin tarixi açıqlandı
MY-nin kapitanı Ronaldonun nailiyyətini təkrarladı
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
XXI əsrin antirekordu
Rəqib meydanlarında 60-cı
“Qarabağ”da 200-cü oyun
“Neftçi”dən son 15 mövsümün rekordu
Premyer Liqada 60-cı qol
Bakıda yelkən idmanı üzrə “Prezident Kuboku” keçiriləcək
50-ci səfər qələbəsi
AFFA-nın əməkdaşı “Gənc nümayəndə” seçilib
“Prezident Kuboku”nun rəsmi açılış mərasimi keçiriləcək
Çempionlar Liqasının yarımfinal mərhələsi başlayır
Günün oyunları – TV
Millimiz dünya reytinqində birinci pilləyə yüksəlib
“Fənərbağça” Tedeskonu istefaya göndərdi
DAHA ÇOX

Ən çox oxunanlar