“Neftçi”nin yetirməsi tanınmış İtaliya klubunda!

12 yaşınacan “Neftçi”nin aşağı yaş komandalarında oynamış, komandanın bombardiri olmuş Lorenzo Mezzotero “Sampdoriya” ilə müqavilə imzalayıb. 

Sports.az xəbər verir ki, 17 yaşlı hücumçu Genuya təmsilçisində müvafiq yaş qrupunda çıxış edəcək.  

İtaliyalı futbolçunun atası Serjio Mezzotero əvvəllər Azərbaycanda çalışdığından, ailəsi ilə birgə ölkəmizə köçmüşdü. 

Qeyd edək ki, Lorentso Mezzotero “Neftçi” formasında çıxış etdiyi dövrdə müxtəlif uşaq turnirlərinin qalibi və bombardiri olub. 

İstedadlı futbolçu 2020-ci ildə ailəsi ilə birgə ölkəmizi tərk edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar