Fərid Qayıbov gedir, Elxan Məmmədov nazir olur?

AFFA-nın keçmiş baş katibi, hazırda FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru olan Elxan Məmmədovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunacağı haqda şaiyələr yayılıb. 

Deyilənə görə, bu ilin sonu ölkəmizdə keçirilməsi planlaşdırılan MDB Oyunları bitdikdən sonra hazırki nazir Fərid Qayıbov vəzifəsindən gedəcək və onu bu postda Elxan Məmmədov əvəzləyəcək.

Bu dedi-qodunun nə dərəcədə həqiqəti əks etdirib-etdirmədiyini zaman göstərəcək.

Amma qeyd edək ki, Elxan Məmmədov Azərbaycan futbolunun indiki vəziyyətdə olmasının 1 nömrəli günahkarıdır. 

"FİFA Elxan" ləqəbi ilə tanınan Məmmədov uzun illər Azərbaycan futbolunun faktiki rəhbəri olub, bu müddətdə milyonçuya çevrilməyi bacarıb. 

Məmmədovun dövründə dövlət və beynəlxalq qurumlar tərəfindən yüzmilyonlarla manat vəsait ayrılmış Azərbaycan futbolu inkişaf əvəzinə, tənəzzül edib. 

Odur ki, Məmmədovun hansı xidmətlərinə görə gənclər və idman naziri təyin olunacağı ciddi müzakirə mövzusudur. 

İstisna edilmir ki, Elxan Məmmədovun nazir postuna "təyinatı" milyonçu məmurun təbliğatı üçün dolandırdığı boyunduruq media nümayəndələrinə bilərəkdən ötürülən dezinformasiyadır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar