Azərbaycan millisi BƏƏ-də iki yoxlama oyunu keçirəcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 1-4 fevral tarixlərində Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək.

Sports.az xəbər verir ki, U-17 fevralın 5-dən 10-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində baş tutacaq hazırlıq çərçivəsində 2 yoxlama oyunu keçirəcək.

Millimiz fevralın 7-də və 10-da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək. BƏƏ Futbol Akademiyasında təşkil olunacaq hər iki matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Komandamıza dəvət edilən futbolçuların adları ilə sizi tanış edirik:

1. Firuzə Bayramova - Dinamo Balakən
2. Nərgiz Ağaliyeva - Şəfa
3. Aydan Abdullayeva - Təhsil 8 İOEUGİM
4. Məryəm Səmədli - Səbail
5. Arzu Cəfərova - Şəfa
6. Xanım Əsədova - Neftçi
7. Bədriyyə Mövludova - Şəfa
8. Ayşən Salamzadə - Neftçi
9. Səma Əsədova - Neftçi
10. Aysu Əsədova - Sabah
11. Aylin Kərimova - Neftçi
12. Ayan Abdiyeva - Şəfa
13. Şəhanə Mirzəliyeva - Mingəçevir
14. Suel Polikarpova - Ulduz
15. Sara Səlimova - Gömrükçü
16. Elmira Hüseynova - Ulduz
17. Könül Hüseynova - Mingəçevir
18. Naidə Məmmədova - Zaqatala City
19. Xədicə Rəhimova - Təhsil 8 İOEUGİM
20. Məhsumə Vahabzadə - Sabah

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar