Azərbaycan futbolu
“Neftçi”nin 3 futbolçusu “Şamaxı" ilə matçı da buraxacaq
31.01.2025 | 03:13
"Neftçi" Misli Premyer Liqasının 21-ci turunda qarşılaşacağı “Şamaxı” ilə matçın hazırlığını başa vurub.
Sports.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo son 2 matçda olduğu kimi, bu görüşdə də zədə səbəbindən iştirak etməyəcəklər.
Yanvarın 31-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 18:30-da başlanacaq.