Azərbaycan UEFA reytinqində yerində saydı

Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.

Sports.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqada ötən gecə "Olimpiakos"a uduzub - 0:3.

Ölkəmizin UEFA reytinqindəki mövqeyi dəyişməyib. Azərbaycan 19,625 xalla 28-ci pillədə qərarlaşır. Cari mövsüm ölkəmizin aktivinə 2,875 xal yazılıb.

“Zirə” və “Qarabağ” hərəyə 1,250, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal qazanıb.

Reytinqə 106,624 xalla İngiltərə liderlik edir. 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar