Premyer Liqada ən çox tərəqqi vəd edən komandalar bəlli oldu

Premyer Liqada ən çox tərəqqi vəd edən komandalar bəlli olub.

Sports.az xəbər verir ki, CİES dünyanın ən güclü 42 liqası ilə bağlı hesabat təqdim edib.

Azərbaycan çempionatının da yer aldığı siyahıda hər bir klubun mövsümün arxada qalan hissəsindəki orta xal sayı, həmçinin qarşıdakı turlarda onlardan gözlənilənlər əksini tapıb. Cədvəl ən çox artıma nail olmaq üzrə sıralanıb.

CİES Azərbaycanda ən böyük inkişafı “Sabah”dan gözləyir. Bakı klubu ilk 20 turda orta hesabla 1,40 xal (cəmi 28) toplayıb. Paytaxt təmsilçisinin qarşıdakı 16 turda orta hesabla 1,86 xal qazanacağı proqnozlaşdırılır.

“Neftçi” bu baxımdan ikincidirsə, “Turan Tovuz” üçüncüdür. Ekspertlər “Səbail”lə “Araz-Naxçıvan”a güvənmir.

Klub

20 turdakı

Qarşıdakı turlar

Fərq

Sabah

1,40

1,86

+0,46

Neftçi

0,90

1,01

+0,11

Turan Tovuz

1,75

1,85

+0,10

Qarabağ

2,50

2,57

+0,07

Şamaxı

0,85

0,84

-0,01

Sumqayıt

1,05

1,03

-0,02

Kəpəz

0,70

0,61

-0,09

Zirə

1,80

1,64

-0,16

Araz-Naxçıvan

2,10

1,90

-0,20

Səbail

0,75

0,54

-0,21

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar