Millimizin üzvü "Kəpəz"də?

Albaniya çempionatının lideri "Eqnatiya"nın şərəfini qoruyan Zamiq Əliyevə bir neçə yaxşı təklif var.

Bu il istədiyi qədər oyun vaxtı ala bilməyən milli komandamızın müdafiəçisi həm Albaniya klublarının, həm də başqa ölkə təmsilçilərin maraq dairəsindədi.

Sports.az xəbər verir ki, belə klublardan biri də "Kəpəz"di. Yeni sponsor tapan gəncəlilər problemli mövqelərə oyunçu axtarışını davam etdirir. 

Müdafiəyə "Sabah"dan Rəhman Daşdəmirovu gətirmək istəyən Azər Bağırovun komandası Masazır təmsilçisindən imtina aldıqdan sonra nəzərlərini Zamiq Əliyevə çevirib.

2022/23 mövsümündə "Kəpəz"də çıxış etmiş müdafiəçinin də bu transferə isti baxdığı bildirilir. 
Yeganə əngəl Əliyevin "Eqnatiya" ilə 2027-ci ilin iyulunacan müqaviləsinin olmasıdı. Məsələ həllini tapsa, Zamiq tezliklə vətənə dönəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar