“O məğlubiyyətin günahını özümdə görürəm” - Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri ev oyunu haqda danışıb.

Sports.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Bu komandalar hamısı bizim üçün çətindir. Asan oyun yoxdur. Bütün oyunlarda bu cür əziyyətlər normaldır. Ən xoş olan tərəf bu gün mənim üçün nizam-intizamlı oynamağımız idi. Rəqibə fürsət vermədik. Bütün çətinliklərin öhdəsindən gəlmək komanda üçün böyük uğurdur. Kuboka da köklənmişik. Ağır həftələrə gedirik. Çalışmalıyıq. Dəyişikliklər etməliyik. Oyunçularıma inanıram. Keçən həftəki məğlubiyyətin ən böyük günahını özümdə görürəm. Mən fikirləşdim ki, daha çox hücum etməliyik. Reallıqları ortaya qoyduq. Rəqibə imkan verməməliyik, nizam intizamlı oynamalıyıq. Əgər yaxşı oyun istəyiriksə, buna bir anda nail olmaq olmaz. Bu, bir prosesdir. Bu, bizim üçün hazırda önəmlidir. Narazı olduğum məqamlar da var ki, bunlar tələskənliyimiz və topu yersiz itirməyimizdir. Məncə, komandada dəyişikliklər var”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar