Azərbaycan futbolu
Torala İspaniya və Türkiyədən təkliflər
01.02.2025 | 11:28
Ölkəmizdə 2024-cü ilin ən yaxşı futbolçusu seçilmiş Toral Bayramov "Qarabağ"ı tərk edə bilər.
Sports.az xəbər verir ki, gənc futbolçu ilə İspaniyanın "Xetafe" klubunun maraqlandığı haqda məlumatlar yayılıb.
La Liqa təmsilçisinı keçid alınsa, Toral Azərbaycan çempionatından TOP-5 liqalardan birinə yollanmış ilk futbolçu kimi tarixə düşə bilər.
Qeyd edək ki, Türkiyənin "Qalatasaray" və "Trabzonspor" klublarının da Toral Bauramovu transfer etmək istəməsi haqda xəbərlər uzun müddətdir səngimir.