Azərbaycan futbolu
“Turan Tovuz” Yunis Hüseynovun yubileyini təbrik etdi
01.02.2025 | 15:00
"Turan Tovuz" rəhbərliyi veteran futbolçu, hazırda komandanın məşqçilər korpusunda yer alan Yunis Hüseynovu 60 illik yubileyi münasibətilə təbrik edib.
Sports.az xəbər verir ki, klub prezidenti Ehtiram Quliyev bazada təcrübəli çalışdırıcıya təbriklərini çatdırb, onun həm futbolçu, həm məşqçi keçmişinə toxunub, uğurlu karyeraya sahib olmasını vurğulayıb.
Quliyev Hüseynova üzərində 60 yazılmış forma hədiyyə edib.
Hüseynov göstərilən diqqətə və xoş sözlərə görə minnətdarlığını bildirib.