“Şamaxı”nın futbolçusuna Norveçdən təklif var? - Rəsmi

"Şamaxı"nın və U21 millimizin üzvü Rüfət Abbasovun Norveç yüksək liqasının "Sarpsborq" klubunun maraq dairəsində olması haqda xəbər yayılıb. 

Sports.az məsələ ilə bağlı əyalət təmsilçisindən rəsmi mövqe öyrənib.

"Şamaxı"nın mətbuat katibi Yusif Hüseyn  Rüfət Abbasovla bağlı heç bir rəsmi təklif almadıqlarını bildirib.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan 20 yaşlı futbolçu bu mövsüm Ayxan Abbasovun komandasında keçirdiyi 22 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar