Azərbaycan futbolu
“Zirə” “Qarabağ”a qarşı
02.02.2025 | 09:00
Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulacaq.
Sports.az xəbər verir ki, son gündə bir oyun baş tutacaq.
“Zirə” lider “Qarabağ”ı qəbul edəcək. Qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sabah”ı (3:2), “Neftçi” “Şamaxı”nı (1:0) məğlub edib, “Turan Tovuz” – “Səbail” (1:1) və “Sumqayıt” – “Araz-Naxçıvan” (0:0) matçlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqası
21-ci tur
2 fevral
“Zirə” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev.
Zirə İdman Kompleksi. Saat 19:00.