“İşlərimiz düz getmir” - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turu çərçivəsində səfərdə "Zirə"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 2:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

"Zirə"ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. "Zirə" layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq. İnşallah, qayıdacağıq.

Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzya ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar