Millimiz Portuqaliyaya böyük hesabla uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxıb.
Sports.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gəlib.
Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda baş tutub. Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edib. Meydan sahibləri bu oyunda 5 cavabsız qola seviniblər.
Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.
Portuqaliya – Azərbaycan 5:0
Qollar: Rodriqo Mora, 48, Covanni Queda, 52, Leonardo Barroso, 57, Karlos Forbs, 73, Vivaldo Semedo, 90+3.
Baş hakim: Konstantinos Fellas
Baş hakimin köməkçiləri: Pavlos Georgiu, Giorgios Çaralampus
Dördüncü hakim: Dimitris Solomu
(Hakimlər briqadası Kiprdəndir)
Barseluş şəhər stadionu. Saat 22:30.