Millimiz Ukraynaya qarşı

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.
Sports.az xəbər verir ki, D qrupunda yer almış millimiz 2-ci tur çərçivəsində Ukrayna yığmasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək.
Azərbaycan yığmasını bu oyuna U-21 millimizin baş məşqçisi Ayxan Abbasov çıxaracaq. Buna əsas millimizin baş məşqçi Fernandu Santuşun istefaya göndərilməsi səbəb olub. Komandamızın ilk turda İslandiyaya 0:5 hesablı məğlubiyyəti portuqal mütəxəssisin istefası ilə nəticələnib.
Ukrayna yığması da seçmə mərhələyə uğursuz başlayıb. Sözügedən komanda Fransa yığmasına 0:2 hesabıyla uduzub.
Bu gün qrupun digər oyununda Fransa İslandiyanı qəbul edəcək.
DÇ-2026, seçmə mərhələ
D qrupu
9 sentyabr
20:00. Azərbaycan - Ukrayna
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Tofiq Bəhramov adına Respublika Stadionu.