Azərbaycan futbolu
Millinin yeni baş məşqçisi bilindi - Özəl

09.09.2025 | 13:15
Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Fernandu Santuşun gedişindən sonra bu axşam Ukrayna ilə oyunda millimizin müvəqqəti baş məşqçisi kimi debüt edəcək Ayxan Abbasov yaxın günlərdə yeni posta rəsmi təyinat alacaq.
Sports.az saytına AFFA-dakı etibarlı mənbələrdən daxil olan məlumata görə, Abbasovla cari seçmə mərhələnin sonuna qədər müqavilə imzalanacaq.
44 yaşlı mütəxəssis paralel olaraq "Şamaxı" klubunda işini davam etdirəcək, amma 21 yaşadək milli komandamızla vidalaşacaq.


Son xəbərlər





























