Azərbaycan futbolu
Ukraynalı veteran Banişevskini unutmadı

09.09.2025 | 16:20
Bu axşam milli komandamızın Ukrayna ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunu üçün Bakıya təşrif buyuran qonaqlar arasında "Neftçi"nin veteran futbolçusu Sergey Pavlenko da var.
Ssrgey Mixayloviç Pavlenko Kiyev "Dinamo"sunun yetirməsidi.
1979-cu ildə Əhməd Ələsgərov onu özü ilə bərabər yeni təyin olunduğu Naxçıvan "Araz"ına, daha sonra "Neftçi"yə gətirib.
Hazırda Odessada yaşayan 74 yaşlı ukraynalı veteran müdafiəçi Bakı səfərində "Neftçi"də komanda yoldaşları olmuş İqor Ponomaryov, Maşallah Əhmədov, Asif Əliyev və Oqtay Abdullayevlə birgə əfsanəvi Anatoli Banişevskinin məzarını ziyarət edib.
Ziyarətdə Anatoli Banişevskinin birinci həyat yoldaşı İnna xanım da iştirak edib.

Son xəbərlər





























