Azərbaycan futbolu
Rüfət Əhmədov “Qəbələ”də

10.09.2025 | 20:15
“Qəbələ”nin yetirməsi olan Rüfət Əhmədov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək.
Sports.az xəbər verir ki, 22 yaşlı sol cinah müdafiəçisisi “Turan Tovuz”dan icarəyə götürülüb.
O, mövsümün sonunadək “Qəbələ”nin uğurları üçün çalışacaq. Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Kimbila, İsaak Amoa, Adriel Ba Lua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.
Son xəbərlər