Azərbaycan futbolu
“Turan Tovuz” portuqaliyalı futbolçu transfer etdi

11.09.2025 | 18:40
“Turan Tovuz” portuqaliyalı futbolçu Xorxe Silvanı heyətinə qatıb.
Sports.az xəbər verir ki, son olaraq Sloveniya təmsilçisi "Olimpiya"nın şərəfini qorumuş portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Vətənində "Sportinq" B, "Leyşoynş" və "Pasuş de Fereyra" klublarının formasını geyinmiş 29 yaşlı sağ cinah müdafiəçisi Portuqaliyanın U-18, U-19 və U-20 milli komandalarının üzvü olub.
Xorxe Silva son mövsümdə "Olimpiya"nın heyətində 48 oyun keçirib. O, UEFA Konfrans Liqasında 13, Sloveniya çempionatında 33, Sloveniya kubokunda isə 2 oyunda meydana çıxıb.
Son xəbərlər