Azərbaycan futbolu
“Qarabağ”dan ayrıldı, “Sabah”a qayıtdı

11.09.2025 | 21:00
"Qarabağ" futbolçusu Aleksey İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi "Sabah"la razılığa gəlib.
Sports.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
2024-cü ilin yanvarından "Qarabağ"da çıxış edən Aleksey "köhlən atlar"la iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.
“Sabah” da öz növbəsində sabiq oyunçusu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb. Azərbaycan millisinin də üzvü olan futbolçu vaxtilə paytaxt klubunun heyətində 108 oyuna 12 qol vurub.
Son xəbərlər