Azərbaycan futbolu
“Kəpəz” “Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı

12.09.2025 | 09:30
Bu gün Misli Premyer Liqasında 4-cü tura start veriləcək.
Sports.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.
Öncə, “Kəpəz” Qəbələdə “Araz-Naxçıvan”la qarşılaşacaq. Günün digər oyunu son çempion “Qarabağ”la “Zirə” arasında keçiriləcək.
“İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları sabah, “Şamaxı” – “Karvan” və “Neftçi” – “Sabah” görüşləri bazar günü keçiriləcək.
Misli Premyer Liqası
4-cü tur
12 sentyabr
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabbarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
Qəbələ şəhər stadionu, 17:45.
“Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov.
“Azərsun Arena”, 20:00.
Son xəbərlər