“Oyunun bitməsini istəməzdim” - Qurbanov

“Oyunun bitməsini istəməzdim” - Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 4-cü turunda öz meydanında "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Sports.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, istəməzdim oyun bitsin, temp daha 15-20 dəqiqə davam etsəydi maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə bir xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi.

- Kamilo Duranın oyununu necə dəyərləndirirsiniz? "Benfika" ilə matçda onu meydanda görəcəyik?

- Ümumən pis oynamadı. Hücumçuya xas hərəkətlər etdi və rəqib üçün təhlükəli anlar yaratdı. Ola bilsin ki, hələ tam mövqeyə uyğunlaşmayıb. Amma vaxtımız var, "Benfika"ya qarşı qərarı rəqibi tam analiz etdikdən sonra verəcəyik.

- Nəriman Axundzadənin vəziyyəti necədir?

- Durumu pis deyil. Amma yaxın günlərdə komanda ilə məşqlərə qoşulması gözlənilmir. Çempionlar Liqasındakı ikinci oyununadək kollektivə qatılacaq.

- "Qarabağ" Ramil Şeydayevlə anlaşıb?

- Hazırda belə bir reallıq yoxdur. Zədəli futbolçularımız var, oyunçu sayı ilə bağlı çətinliklər ola bilər. Dünən eşitdim ki, ‘Neftçi’dən ayrılıb. Doğrudur, bu barədə düşünməyə vaxtım olub, amma hələ ki, konkretlik yoxdur. Əlbəttə, dəyərləndirəcəyik. O, bizdə oynamış futbolçudur. Hazırkı hazırlıq səviyyəsini bilmirəm. Buna da baxacağıq.

- Bu həftə AFFA İcraiyyə Komitəsinin iclası olub. Həmin iclasda iştirak etmisiz?

- Bu həftə iclas olub? Məncə, olmayıb. Ola bilsin, onlayn formatda keçirilib.

- Sizcə, yığmanın növbəti baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?

- Mən də şablon cavab verim?. Burada əsas kriteriyalara düzgün əməl olunmalıdır. Tanıdığım bir neçə yerli məşqçi var ki, çox çalışırlar, öz üzərində işləyirlər. Onların işgüzarlığını hər zaman yüksək qiymətləndirmişəm. 4-5 məşqçimiz var ki, gecə-gündüz özünü inkişaf etdirməyə çalışır. Bu da nəticə, intizam və kollektivçilik gətirir. Xarici məşqçiləri isə yaxından tanımıram. Ona görə də hər zaman öz məşqçilərimizə üstünlük vermişəm. Millidə də, klublarda da yerli məşqçilərə güvənmək lazımdır.

- Emin Mahmudov sizin millidəki rekordunuzu yenilədi. Bununlaa bağlı nə deyə bilərsiniz?

- Onu təbrik etmişəm. İdmanda daimi heç nə yoxdur. Emin işgüzar, intizamlı və nümunəvi futbolçudur. Onu yenə də təbrik edirəm. Rəqəmlər o qədər də önəmli deyil. Digərlərinə də motivasiya olar ki, onun rekordunu təzələsinlər.

- “Benfika”nı gözucu təhlil etmisiz?

- Bəli, baxmışam. Onları necə tanıyırqsa, elədirlər. Çox dinamik futbol oynayırlar. Hazırda Portuqaliyada ən dinamik oynayan komandadır. Oyunçular bir-biri ilə yaxşı balanslaşdırılıb. Yenə də geniş analiz edəcəyik. Çalışacağıq ki, onlara qarşı yaxşı oynayaq. (Sportal)

Son xəbərlər
Marseldə darmadağın
“Bayer”dən inamlı qələbə
Nazir idman federasiyalarının nümayəndələri ilə görüşdü
“Oyunun bitməsini istəməzdim” - Qurbanov
“Qarabağ” – “Zirə” matçında heç-heçə - VİDEO
“Hər kəs çempion olmaq istəyir” – Rəşad Sadıqov
“Qarabağ”dan “Zirə” ilə heç-heçə
“Səbail” 1-ci Liqaya qələbə ilə başladı
“Araz-Naxçıvan”dan növbəti qələbə - VİDEO
“Bu gün daha istəkli “Kəpəz” gördük” - Adil Şükürov
“Daha da yaxşı olmalıyıq” - Elmar Baxşıyev
Rafiq Hüseynov AGF-də koordinator təyin edildi
Millimizin Moldova toplanışı üçün yekun heyəti açıqlandı
Məktəblilər üçün yeni meydança istifadəyə verildi
“Qarabağ”ın rəqibinin baş məşqçisi ayın ən yaxşısı seçildi
“Qarabağ”ın rəqibində 3 aylıq itki
“Ordu” daha bir legioner basketbolçu ilə anlaşdı
Azərbaycan Türk Dövlətləri Universiadasının qalibi oldu
“Benfika” “Qarabağ” azarkeşlərinə 500 yer ayırdı
“Çelsi” yeni hücumçu aldı
“Sumqayıt”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu
Argentinalı müğənni Yamala aşiq olduğunu car çəkdi
Premyer Liqada daha iki turun proqramı açıqlandı
“Liverpul”un yeganə bir fəsadı var ki…” - Karrager
Felipe Melo keçmiş məşqçilərindən biri haqda xoşagəlməz rəy verdi
“Qarabağ”ın rəqibinin futbolçusu Türkiyə klubunda
Hamann Qvardioladan uğur gözləmir
Fermin Lopesin “Çelsi”yə keçidinə kim əngəl olub?
Təxirə salınmış matçın baş tutacağı tarix açıqlandı
Həkim zədəli Lukakunun vəziyyəti haqda məlumat verdi
DAHA ÇOX

Ən çox oxunanlar